NewsTanınmış yazıçı-dramaturq Altay Məmmədovun 80 illiyi qeyd ediləcəkdir

Tanınmış yazıçı-dramaturq Altay Məmmədovun 80 illiyi qeyd ediləcəkdir

Bakı, 18 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, dekabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış yazıçı-dramaturq Altay Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.

Yazıçının doğmalarının və ədəbi ictimaiyyətin iştirakı ilə təşkil olunacaq tədbirdə A.Məmmədovun həyat və yaradıcılığından ətraflı söz açılacaqdır.

 

İstinad: https://azertag.az/xeber/taninmis_yazichi_dramaturq_altay_memmedovun_80_illiyi_qeyd_edilecekdir-505186