Respublika Günü ərəfəsində Gəncə Dövlət Dram Teatrının səhnəsi bir günlük tələbələrin ixtiyarına verilmişdir
Gəncə, 25 may (AZƏRTAC). Gəncə Dövlət Dram Teatrının səhnəsi bir günlük tələbələrin ixtiyarına verilmişdir.
Gəncə Musiqi Kollecində fəaliyyət göstərən dram dərnəyinin üzvləri hər il olduğu kimi, bu il də 28 May – Respublika Günü ərəfəsində hazırladıqları yeni səhnə əsəri ilə tamaşaçıların görüşünə gəlmişlər. Yazıçı-dramaturq Altay Məmmədovun “Kişilər” əsərini təqdim edən tələbə-aktyorların çıxışı alqışlarla qarşılanmışdır.
Kollecin direktoru Gülçin Mirzəyeva AZƏRTAC-a bildirmişdir ki, kollektiv bununla öz işini bitmiş hesab etmir. Onlar mayın 28-də Gəncənin mərkəzi meydanında keçiriləcək ümumşəhər şənliyinə də ciddi hazırlaşırlar.