Altay Məmmədov
Altay Yusifoğlu Məmmədov (15 may 1930 – 15 iyul 2003) Gəncə şəhərində doğulmuş, ömrünü Azərbaycan ədəbiyyatına həsr etmiş nasir, dramaturq, publisist və tərcüməçi olmuşdur. O, H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun məzunu, filologiya elmləri namizədi və dosent idi. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllif 1971-ci ildə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Onun əsərləri Azərbaycanla yanaşı Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulmuş, bir çox dillərə tərcümə edilmişdir.
TƏHSİLİ:
1949 - 1953
H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu (Gəncə Dövlət Universiteti), Dil-ədəbiyyat fakültəsi (fərqlənmə diplomu)
Sonradan institutda baş müəllim və dosent vəzifələrində çalışmışdır
MÜKAFATLARI:
Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1971)
Filologiya elmləri namizədi (1964)
Dosent (1965)
FƏALİYYƏTİ:
1949 - 1953
1950 – İlk oçerki “Fəhləlikdən alimliyə” “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur 1951–1955 – “Kirovabad fəhləsi” və “Gəncə kommunisti” qəzetlərində ədəbi işçi və məsul katib 1962 – Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialının sədri 1970–1974 – H.Zərdabi adına GDPİ-də elmi işlər üzrə prorektor 1974–2003 – Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Nizami Poeziya Teatrı – bədii rəhbər və tamaşaların müəllifi
FƏALİYYƏTİ:
1949 - 1953
Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur. Nizami poeziya teatrının bədii rəhbəri və tamaşaların müəllifidir. 1959-cu ildən altı dəfə şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXVII-XXX qurultaylarına nümayəndə seçilmişdir. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü olmuşdur. Onun "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Onun "Dəli Domrul" əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşa İstanbulda keçirilən Kitabi-Dədə Qorqud günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymət alıb. Əbdüqəhhar İbrahimovun "İlk busə", Otar İoselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini rus dilindən azərbaycancaya çevirmişdir.