“Tanıdığım Əli Kərim” kitabı çapdan çıxmışdır
Bakı, 25 iyul (AZƏRTAC). Tanınmış yazıçı-dramaturq Altay Məmmədovun görkəmli şair Əli Kərim barədə xatirələrindən ibarət irihəcmli “Tanıdığım Əli Kərim” kitabı çapdan çıxmışdır.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitaba müəllifin Əli Kərimlə bağlı xatirələri, o cümlədən əsərlərinin təhlili ilə əlaqədar materiallar daxil edilmişdir.
Kitabı Altay Məmmədovun və Əli Kərimin övladları Elcan Məmmədov və Paşa Əlioğlu nəşr etdirmişlər.
Yeni nəşrin redaktoru Paşa Kərimovdur.
İstinad:https://azertag.az/xeber/tanidigim_eli_kerim_kitabi_chapdan_chixmisdir-181199
Related posts