YAY MÖVSÜMÜNÜN TAMAŞALARI
Əli Bayramlı Xalq Teatrı yazıçı Altay Məmmədovun “Həmyerlilər” əsərini şəhərin “Şirvan” kinoteatrının səhnəsində tamaşaya qoymuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aktyorların çıxışı hərarətlə qarşılanmışdır. Kollektiv bu ilin sonunadək Anarın “Adamın adamı” əsərini də səhnələşdirməyi nəzərdə tutur.
İstinad: https://azertag.az/xeber/eli_bayramli_xalq_teatri_hemyerliler_eserini_tamasaya_qoymusdur-312348
Related posts