Tanınmış yazıçı-dramaturq Altay Məmmədovun 80 illiyi qeyd ediləcəkdir
Bakı, 18 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, dekabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış yazıçı-dramaturq Altay Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.
Yazıçının doğmalarının və ədəbi ictimaiyyətin iştirakı ilə təşkil olunacaq tədbirdə A.Məmmədovun həyat və yaradıcılığından ətraflı söz açılacaqdır.